Qusar Olimpiya İdman Kompleksinin rəhbəri vəzifəsinə yeni təyinat baş tutub. Bu barədə ShimalNews 19 oktyabr tarixində Report-a istinadən məlumat verir.
Məlumata görə, jurnalist Elşən Məmmədov kompleksin yeni direktoru təyin olunub. Ondan öncə bu vəzifədə Məcid Məcidov çalışıb.
E.Məmmədov 23 ilədək idman mətbuatında – “Şərq” və “Futbol+” qəzetləri, APA Sport, Lent.az və “Report” İnformasiya agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb. O, “Tərəqqi” medalına layiq görülüb. Eləcə də Məmmədov İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi 9 il ərzində “İlin Qalibləri” layihəsini və son 2 ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.