Quba şəhərindən olan qadının interpol kanalları ilə beynəlxalq axtarışı davam edir. Bu barədə ShimalNews 19 oktyabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə istinadən xəbər verir.
53 yaşlı Hicranə Abdıyeva barəsində həbs qətimkan tədbiri seçilib. Onu insan alverinə görə 2008-ci ildən axtarışa veriblər.
Məlumatı olanlar 152 və 562 21 12 qaynar xətt nömrələrinə müraciət edə bilərlər.