Xaçmaz rayonunda kros qaçışı üzrə payız ölkə çempionatının qaliblərin siyahısı açıqlanıb. Bu barədə ShimalNews 18 oktyabr tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
Yarışda 17 komandanın heyətində ümumilikdə 200-ə yaxın idmançı iştirak edib. Çempionat Gənclər və İdman Nazirliyinin, Atletika Federasiyasının və Xaçmaz rayon Gİİ-nin birgə təşkilatçılığı ilə baş tutub.
İdmançıların yarışdığı məsafə və kateqoriyalar üzrə nəticələr:
1 km (qızlar):
- İlahə Quliyeva (3.32)
- Bahar Mustafayeva (3.42)
- Aysu Allahyarlı (3.50)
2 km(qızlar):
- Tutuxanım İsrafilova (8.29)
- Emiliya İsgəndərova (8.43)
- Veronika Antropova (8.45)
4 km(qızlar):
- Aysu Abbasova (17.52)
- Aydan Alışova (18.04)
- Xatirə Hidayətzadə (18.35)
6 km(qadınlar):
- Anna Yusupova (25.39)
- Yuliya Belkova (27.42)
- Səmayə Hacıyeva (28.33)
2 km(oğlanlar):
- Ümid İbrahimov (6.35)
- Nicat Novruzlu (6.53)
- Nicat Məmmədov (7.01)
3 km(oğlanlar):
- Valeriy Qrubski (10.52)
- Rasim Məmmədli (11.00)
- Novruz Əsədli(11.22)
6 km(oğlanlar):
- İsgəndər Əsgərov (23.52)
- Nurlan Şirinov (27.09)
- Kamran Məmmədov (29.41)
10 km(kişilər):
- Elman Abışov (36.27)
- İsa Ruhani (37.31)
- Bəxtiyar Əsgərli (37.47)
Foto Xaçmaz Gİİ