İsmayıllıda sahibsiz heyvanlar üçün sığınacağın tikintisi başa çatıb. Bu barədə ShimalNews 15 oktyabr tarixində İsmayıllı rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Sığınacaq  Quşencə kəndinin yaxınlığında istifadəyə verilib. Bura gətirilən heyvanlar mütəxəssislər tərəfindən müayinə edilərək peyvənd olunacaqlar. Onlar tam təhlükəsiz hesab edildikdən sonra qulaqlarına xüsusi birkalar vurularaq yenidən yaşadıqları əraziyə buraxılacaqlar.

Artıq sığınacaqda ilk əməliyyat da icra olunub. Mütəxəssislər tərəfindən Qara adlı itin üzərində əməliyyat aparılaraq qısırlaşdırılıb.