Qubada “44 günlük Vətən Müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir” mövzusunda tədbir keçirilib. Bu barədə ShimalNews 14 oktyabr tarixində Quba rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Bu gün Vəlvələ kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasında görüş keçirilib. Burada Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin rəhbəri, rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşları, kənd sakinləri, o cümlədən şəhid ailələri və qazilər iştirak ediblər.