Fövqəladə Hallar Nazirliyi tərəfindən Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarının ərazilərində taktiki-xüsusi təlim keçirilib. Bu barədə ShimalNews 14 oktyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Tədbir Şimal Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən nazirliyin qurumlarının struktur bölmələri və yerli icra hakimiyyəti orqanlarının müvafiq qüvvələri ilə birgə keçirilib.
Təlimin keçirilməsində məqsəd baş verə biləcək irihəcmli fövqəladə hallar zamanı komandir-rəis heyəti tərəfindən qüvvələrin effektiv idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, şəxsi heyətin hadisələrə çevik reaksiyavermə və qarşılıqlı fəaliyyət üzrə bilik və bacarığının daha da artırılması olub.
Qarşıya qoyulmuş tapşırıqlar yerinə yetirilib.