Qubada iki minik avtomobili toqquşub. Bu barədə ShimalNews 13 oktyabr tarixində məlumat verir.
Hadisə 226-cı diviziya və M.P.Vaqif küçələrinin kəsişməsində baş verib. Burada “Kia” markalı avtomobil “Niva” markalı avtomobilə çarpılıb. Əraziyə DYP-nin əməkdaşları gəliblər.
Şahidlərin sözlərinə görə, hadisəyə səbəb “Niva”nın sürücüsünün işıqforun qırmızı işığından keçməsi olub.

