Qusarlı şəhid Sərxan Mirzəmmədovun xatirəsi anılıb. Bu barədə ShimalNews 12 oktyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Yasaboba kənd kitabxanasının əməkdaşları şəhidin ailəsini və məzarını ziyarət ediblər.
Kiçik çavuş Sərxan Mirzəmmədov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, düşmən mövqeyinə hücum zamanı 5 erməni hərbi qulluqçunu məhv edərək oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub.
Sərxan Mirzəmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.