Qusarda Beynəlxalq Qızlar Günü ilə bağlı tədbir keçirilib. Bu barədə ShimalNews 11 oktyabr tarixində Qusar rayon Qadın Resurs Mərkəzinə istinadən məlumat verir.

Tədbirdə Qadın Resurs Mərkəzinin koordinatoru Kamilə Nəcəfova, Mərkəzin psixoloqu Rəşidə Məhərrəmova, üzvləri Arzu Xanmuradova, Röyanə Devrişbəyova, şəhər 2 saylı və 5 saylı məktəblərin psixoloqları – Laura Saydumova, Mira Bağırova çıxış ediblər. Mövzular “11 Oktyabr –  Beynəlxalq Qızlar Günü”, “Təhsildən yayınma halları və səbəbləri”,  “Təhsildən yayınma hallarının aradan qaldırılması yolları”, “Erkən nikah” olub.

Hər çıxışdan sonra mövzular müzakirə olunub, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.

Həmçinin tədbirdə iştirak edən qızlara təhsil almağın önəmi və erkən nikahın fəsadları haqqında məlumat verilib.

Sonda  iştirakçılara Qusar rayon Qadın Resurs Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib və iştirakçılar mərkəzin fəal üzvü olmağa dəvət olunublar.