Qubada səhər saatlarında avtomobil dərəyə aşıb. Bu barədə ShimalNews 11 oktyabr tarixində xəbər verir.
Hadisə bu gün Rustov kəndi ərazisində baş verib. “VAZ-2106” markalı avtomobil yaşayış məntəqəsinin girişində olan körpünü keçəndən sonra idarəetmədən çıxıb və qəza baş verib.
İlkin məlumata görə, xəsarət alan olmayıb.