Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşən Qurbət Tarverdiyevin şəhadətə ucaldığı gündür. Bu barədə ShimalNews 8 oktyabr tarixində məlumat verir.

Nərəcan kəndində anım mərasimi keçirilib. Burada Yeni Azərbaycan Partiyasının, rayon Ağsaqqallar Şurasının üzvləri, şəhidin ailəsi və kənd sakinləri iştirak ediblər.

Qürbət Rasim oğlu Tarverdiyev 1998-ci ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Qürbət müharibənin ilk günlərindən silaha sarılaraq Xocavənd və Füzuli istiqamətlərində şiddətli döyüşlərin iştirakçısı olub. Tarverdiyev Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra Rasim “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.