Qubalı idmançı İtaliyada keçirilən kikboksinq yarışında bürünc medal qazanıb. Bu barədə ShimalNews 8 oktyabr tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.

Yezolo şəhərində yeniyetmələr və gənclər arasında kikboksinqin WAKO “Low Kick” versiyası üzrə Dünya Çempionatı keçirilir. Milli komandamızın üzvü Səfərəli Vəhədov 3-cü yeri tutaraq qaliblər kürsüsünə qalxıb.