Qubada “44 günlük Vətən Müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir” mövzusunda tədbir keçirilib. Bu barədə ShimalNews 8 oktyabr tarixində Quba rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Xucbala kənd tam orta məktəbində və Yeni Güləzi kənd sənətkarlıq klubunda görüş keçirilib. Burada rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun məsul əməkdaşı, kənd sakinləri, o cümlədən şəhid ailələri və qazilər iştirak ediblər.