Qubalı idmançı İtaliyada keçirilən kikboksinq yarışında qızıl medal qazanıb. Bu barədə ShimalNews 7 oktyabr tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.
Jesolo şəhərində yeniyetmələr və gənclər arasında keçirilən Kikboksinq WAKO K-1 versiyası üzrə Dünya Çempionatı keçirilir. Milli komandamızın üzvu Murad Gəncəliyev 1-ci yer qazanaraq qaliblər kürsüsünə qalxıb.
Ümumilikdə komandamız çempionatda 7 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıb.