Şimal bölgəsindən olan istedadlı tələbələr təhsil haqqının ödənilməsi üzrə müsabiqəyə qatıla bilərlər. Bu barədə ShimalNews 6 oktyabr tarixində Quba Gənclərinə istinadən məlumat verir.

Müsabiqəyə 2021-2022, 2022-2023-cü tədris illəri üzrə dövlət ali və orta-ixtisas təhsili müəssisəsinin əyani və qiyabi təhsilalma formalarının bakalavr və magistr təhsil pillələrindən olan gənc tələbələr müraciət edə bilərlər. Qaliblərin 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulur.

Yarışda iştirak etmək istəyən tələbələr Gənclər Fondunun rəsmi internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Gənclər ərizə formasını doldurandan sonra 1 noyabr saat 18:00-dək sayt üzərindən fonda göndərməlidirlər.