Xaçmaz rayonunda yüksək gərginlikli xətt təhlükə saçır. Bu barədə ShimalNews 5 oktyabr tarixində məlumat verir.

Müşkür (Pavlovka) kəndi ərazisində mövcud dirəklərdə 10.000 volt gərginliyi olan elektrik naqilləri sallaq vəziyyətdədir. Sakinlərin sözlərinə görə, bu hal 15 gündən çoxdur davam edir.

“Naqillərin yerə çox yaxın olması kənd camaatını təşvişə salır. Küləkli havada hansı fəsadlar yaranacaq, necə olacaq, heç kim bilmir”, – deyə oxucu bildirib.