Zaman Cəbrayıl oğlu Qayıbov 1898-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub.

Zaman ibtidai təhsilini Alpan kəndində alıb. O, 1910-1918-ci illərdə Dərbəndin realnı məktəbində oxuyub. Daha sonra isə Alpana qayıdıb.

Zaman Qayıbov 1910-cu ildə Alpan kəndində öz evində ilk dəfə məktəb açmışdır.

Qayıbov 1919-cu ildə Qusarda açılmış üç aylıq müəllimlər hazırlayan kurslara daxil olub. O, 1919-1925-ci ilə kimi Qubanın Çiçi kəndində müəllim, 1925-1926-cı illərdə Maarif şöbəsi nəzdində siyasi maarif şöbə müdiri, 1926-1941-ci illərdə Alpan kənd yeddiillik məktəbində müəllim, 1943-cü ilə kimi Quba rayonunun Küpçal orta məktəbində müəllim vəzifəsində çalışıb.

Zaman Qayıbov pedaqoji fəaliyyətinə və təhsilin inkişafında göstərdiyi xidmətlərinə görə  1950-ci illərdə “Lenin ordeni” ilə təltif edilib, həmçinin “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Qayıbov Xalq şairi Səməd Vurğunla dostuq edib. Səməd Vurğunun ölümündən sonra Zaman Qayıbov vaxtilə şairin yazıb ona verdiyi bir çox əlyazmasını üzə çıxarıb.

Zaman Qayıbov 1974-cü ildə vəfat edib.

İstinad edilən mənbələr: