Xaçmaz şəhərində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Ərazidə işıq dirəkləri quraşdırılır. Bu barədə ShimalNews 4 oktyabr tarixində məlumat verir.

Xaçmaz-Xudat yolunun üzərində texniki işlər aparılır. Ərazidə texnika və canlı qüvvə çalışır. Köhnə dirəklərin çıxarılaraq yeniləri ilə əvəzlənməsi işləri icra olunacaq. İş prosesində avtomobillər üçün maneə yaranıb.

Yerli camaat köhnə dirəklərin istismar müddətini başa vurduğunu deyir. Qurğuların çox vaxt çalışmadığı bildirilib.