Xaçmaz şəhərində abadlıq işləri aparılıb. Bu barədə ShimalNews 4 oktyabr tarixində şəhər İƏD-ə istinadən xəbər verir.

İşlər Fətəli xan Xoyski küçəsində görülüb. Burada təmizlik işləri həyata keçirilib. Küçə boyunca yol kənarındakı otlar biçilib və ərazi məişət tullantılarından təmizlənib.

Abadlıq və təmizlik işləri şəhərin bütün küçələrində mərhələli şəkildə aparılacaq.