Xaçmazlı idmançılar paytaxtdan 8 medal ilə qayıdırlar. Bu barədə ShimalNews 4 oktyabr tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yarış Hövsan Olimpiya İdman Kompleksində keçirilib. MMA, Pankration və Qrapplinq idman növləri üzrə Bakı şəhər açıq Kubokunda 34 komandanın tərkibində 250 dən çox idmançı iştirak edib. Komandamız heyətində 10 idmançı ilə mübarizəyə qatılıb. Onlar 4 qızıl, 2 gümüş, 2 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunub.