Xaçmazın Nərəcan kəndi ərazisində qəzada 3 nəfər xəsarət alıb. Bu barədə ShimalNews 3 oktyabr tarixində Report-a istinadən məlumat verir.
Xaçmaz-Xudat magistral yolunda “Opel” markalı avtomobilin sürücüsü idarətməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaclara çarpılıb. Bu zaman Bakı sakinləri olan sərnişinlər: 30 yaşlı Günel Fərəcova, 22 yaşlı Milana Axundova və 19 yaşlı Aysu Nuriyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.