Xaçmaz rayonunun Müşkür kəndində yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 3 oktyabr tarixində FHN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Ümumi sahəsi 30 kv.m olan talvarın taxta atmaları 20 kv.m sahədə və onun altına yığılan 4 ton ot bağlamasının 1 tonu, ümumi sahəsi 65 kv.m olan bitişik tövlənin isə dam örtüyünün taxta atmaları 5 kv.m sahədə yanıb.

Əraziyə FHN-in bölmələri cəlb edilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.