İsmayıllıda “Ruhlandıran Diskussiyalar” adlı layihənin açılış mərasimi keçirilib. Bu barədə ShimalNews 3 oktyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Tədbir 6 saylı tam orta məktəbin akt zalında baş tutub. Burada təhsil sektorunun əməkdaşları, Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və məktəbəqədər təhsil qrupunun tələbələri, qəzet işçiləri, ümumtəhsil məktəblərinin psixoloqları, məktəblilər və müəllim heyəti iştirak ediblər.

Qonaqlara “Ruhlandıran Diskussiyalar” adlı layihənin təqdimatı keçirilib. Onun müəllifi adıçəkilən məktəbin psixoloqu Ruslan Kamilovdur.