Xaçmazda şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirmələrinə kömək edən bir sıra tədris mərkəzləri var. ShimalNews şəhərimizdə metodikası və nəticələri ilə seçilən hazırlıq kurslarını təqdim edir:
“Panda School”
Nəriman Nərimanov küçəsində yerləşən “Panda School” adlı yeni mərkəzdə (“Xəzər” marketinin arxası) həm bağça, həm də bütün yaş kateqoriyaları üçün müxtəlif dərslər keçirilir:
- Minibağça həftədə 5 dəfə, 4 saat – 100 manat;
- MQH həftədə 3 dəfə, 2 saat – 50 manat;
- Erkən inkişaf həftədə 3 dəfə, 1 saat – 40 manat;
- Rəsm həftədə 2 dəfə, 1.5 saat – 20 manat;
- MDH həftədə 3 dəfə, 2 saat – 50 manat, həftədə 5 dəfə, 2 saat – 70 manat;
- Azərbaycan dili, ingilis dili, riyaziyyat ayrı-ayrılıqda həftədə 3 dəfə, 1 saat – 40 manat;
- paket şəklində isə 3 dəfə 1 saat və ya 2 dəfə 1.5 saat – 100 manat.
Bundan əlavə, mərkəzdə loqoped və psixoloq fəaliyyət göstərirlər. Hər mütəxəssisin 1 seansı üçün ödəniş 12 manat təşkil edir.
Mərkəzin əlaqə nömrəsi: (077) 501 05 56.
“Uğur” kursları
Xaçmazda daha bir tanınan mərkəz – “Uğur” kurslarıdır. Burada ibtidai siniflər üçün 3 fənn (ana dili, riyaziyyat və xarici dili) hazırlığı 70 manatdır. 5-ci və daha yuxarı siniflər üçün 3 fənn üzrə hazırlıq 120 manat təşkil edir.
Məktəb hazırlığından əlavə, mərkəzdə, həmçinin abituriyentlər qəbul imtahanına hazırlaşdırılır.
Kurs Heydər Əliyev prospekti, 5 ünvanında (Şahmat məktəbinin qarşısında) yerləşir. Ətraflı məlumat üçün (070) 993-27-27.
“Uğur” kurslarının, həmçinin Xudat şəhərində filialı mövcuddur. Tədris mərkəzi Xudu Məmmədov küçəsində yerləşir. Mərkəzin əlaqə nömrəsi: (099) 997-27-27.
“Xaçmaz hazırlıq mərkəzi”
Mərkəz ibtidai, təkmilləşdirmə və abituriyent hazırlıqları üzrə fəaliyyət göstərir. Kurslara məktəblilər 3-cü sinifdən qəbul edilir. Burada ibtidai sinif şagirdləri ilə 4 fənnin hazırlığı (ana dili, riyaziyyat, ingilis dili, məntiq) keçirilir və aylıq ödəniş 100 manat təşkil edir. 5-ci və daha yuxarı siniflər üçün isə ödəniş 145 manat təşkil edir.
Hazırlıq mərkəzi Şəxsiyyətlər parkının (Tarix-Diyarşünaslıq Muzeyinin yaxınlığında) yanında yerləşir. Ətraflı məlumat üçün: (070) 218-27-27.
“Science tədris mərkəzi”
Xudat şəhərində yerləşən “Science tədris mərkəzi”ndə ibtidai sinif, abituriyent, xarici dil və mental hazırlığı tədris edilir. Belə ki, ibtidai siniflər üçün məşğələlər həftədə 4 dəfə olmaqla (ana dili və riyaziyyat) 40 manat, böyük siniflər üçün isə həftədə 2 dəfə 1.5 saat olmaqla 5 fənn – 149 manat, 3 fənn – 99 manat, 1 fənn isə 39 manat təşkil edir. Mərkəzdə abituriyent hazırlığı da mövcuddur. Ödəniş qrupdan asılı olaraq dəyişir.
Ünvan: Xudat şəhəri (Bank olan binanın 3-cü mərtəbəsi). Maraqlanan şəxslər (055) 255-39-95 nömrəsinə müraciət edə bilərlər.