Xaçmazda şəhid Şöhrət Cəlilovun ailəsi ziyarət edilib. Bu barədə ShimalNews 30 sentyabr tarixində Xaçmaz Şəhər İƏD-yə istinadən məlumat verir.

Xaçmaz RİH-nin əməkdaşı Cavid Arzumanov, Xaçmaz şəhər İƏD üzrə nümayəndə Emin Ağayev, Vətən müharibəsinin qazisi Aydın Fətiyev, sahibkar Taryel Zərbəliyev Şöhrətin ailəsinə baş çəkiblər, onların qayğıları ilə maraqlanıblar.

Qonaqlar Şöhrətin ailəsi ilə birgə igidimizin məzarını Şəhidlər xiyabanında ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.

Şöhrət Cəlilov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.