Qusar Dövlət Ləzgi Dram Teatrının aktrisası “Zəfər Sədası” adlı bədii qiraət müsabiqəsində iştirak edəcək. Bu barədə ShimalNews 29 sentyabr tarixində teatra istinadən məlumat verir.

44 günlük Vətən müharibəsində tarixi qələbəmizin 2-ci ildönümünə həsr olunmuş yarışmada Dram Teatrını Emma Xeyirbəyova təmsil edəcək. Müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 4 noyabr 2022-ci il tarixində keçiriləcək.