Xaçmazda yanğınsöndürmə hidrantları qəzalı vəziyyətdədir. Bu barədə ShimalNews 29 sentyabr tarixində məlumat verir.

Rəşid Behbudov küçəsində 2 həftə, N.Nərimanov küçəsində (“Xəzər” marketinə yaxın) 5 ay öncə su hidrantları qoparaq yerə düşüblər. Bu qurğular yanğınların söndürülməsi üçün vacib olan su mənbəyidir.

Sakinlər bunun avtomobil qəzası nəticəsində baş verdiyini söyləyirlər.