Xaçmazda qida təhlükəsizliyi üzrə yoxlamalar həyata keçirilib. Bu barədə ShimalNews 29 sentyabr tarixində AQTA-ya istinadən məlumat verir.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı monitorinqlər aparılıb.
Şəhərin Bakı prospektində fəaliyyət göstərən “Kruq” marketdə nöqsanlar aşkarlanıb. Nəticədə müəssisəyə qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.