Xaçmazda Ağır Atletika İdman Klubuna Vətən müharibəsi şəhidinin adı verilib. Bu barədə ShimalNews 29 sentyabr tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Şəhid Orxan Çobanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Pirquluoba kəndində İdman Klubu yaradılıb. Açılış mərasimində icra başçısı, rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qonaqlar idman klubunda yaradılan şəraitlə tanış olublar. Burada şəhid Orxan Çobanovun müxtəlif idman yarışlarında qazandığı uğurlarını özündə əks etdirən guşə yaradılıb.

Elnur Rzayev Xaçmaz rayonunda şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirib.

Xaçmaz: Elnur Rzayev
Foto Xaçmaz Rayon İcra Hakimiyyəti
Xaçmaz: Elnur Rzayev
Foto Xaçmaz Rayon İcra Hakimiyyəti