Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vahid Əhmədov bölgənin iş yerləri ilə bağlı fikirlərini bildirib. Bu barədə ShimalNews 29 sentyabr tarixində məlumat verir.

“Azərbaycanın regionlarında iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq. Buna görə də, regionlarda sahibkarlıq inkişaf etdirilməlidir”, – deyə deputat bildirib.

Eləcə də o əlavə edib ki, təmsil etdiyi Quba rayonunda sahibkarlar əkib-becərdikləri məhsulları çaya atırlar, emal müəssisələri yoxdur və sahibkarlar çətinliklərə üzləşirlər.