Şimal bölgəsindən olan cüdoçular və məşqçilər üçün seminar təşkil olunub. Bu barədə ShimalNews 29 sentyabr tarixində Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir.
Seminar Xaçmaz Olimpiya İdman Kompleksində ACF prezidentinin müşaviri Natiq Bağırov, beynəlxalq dərəcəli, A kateqoriyalı hakim Valeh Məhərrəmov, beynəlxalq dərəcəli, B kateqoriyalı hakimlər Arzu Acalova və Akif Tahirov tərəfindən keçirilib.

Burada cüdoçulara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Sonra bir sıra fəndlər əyani şəkildə nümayiş edilib.

Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.