Qubada binaların birində uzun müddət sızan boru təmir edilir. Bu barədə ShimalNews 29 sentyabr tarixində məlumat verir.

Sakinlərin sözlərinə görə, Fətəli xan küçəsində yerləşən 5 mərtəbəli binanın zirzəmisi uzun müddət kanalizasiya suları içində idi. Boru 2 yerdən sınmış və ətrafı su və kəskin qoxu bürümüşdür.

Hazırda ərazidə “Azərsu”nun əməkdaşları çalışırlar və məsələ yaxın vaxt ərzində həll ediləcək.