Vətən müharibəsi zamanı fədakarlıq göstərmiş həkimlər arasında Qusar rayon Mərkəzi Xəstənasında çalışanlar da olub. Bu barədə ShimalNews 28 sentyabr tarixində tibb müəssisəsinə istinadən məlumat verir.

Xəstəxananın həkimləri gecə-gündüz ağır iş şəraitində, öz həyatlarını risk altına ataraq sentyabrın 27-dən başlayaraq müharibə bitənə qədər yaralılara yardım ediblər. 44 gün boyunca cəbhədə hərbçilərlə çiyin-çiyinə həkimlər, kiçik tibb işçiləri vətənimizi qələbəyə aparıblar.

Müharibə zamanı hərbçilərin dayağında duran Qusar RMX-nin həkimləri:

– Qəribov Qüdrət – həkim-reanimatoloq;

– Ömərov Ruhud – həkim-reanimatoloq;

– Qəribov Qasım – həkim-cərrah;

– Yarmətov Rəsul – həkim-cərrah;

– Şahvələdov Murad – həkim-travmatoloq;

– Məmmədrzayev Bəxtiyar- həkim-travmatoloq;

– Ciyərxanov Sultanhəmid – həkim-radioloq;

– Şixrəhimov Kamran – həkim-terapevt.

Əməliyyat blokunun feldşer və kiçik tibbi heyəti:

– Məmmədov Famil;

– Hacıxanova Əzimə;

– Məmmədova Ramella;

– Qubatova Təhminə;

– Yüzbəyova Ella;

– Çigniyeva Çiçək;

– Yunusova Ella.