Qubada xəstələrə videomüşahidə ilə anında yardım etmək mümkün olacaq. Bu barədə ShimalNews 28 sentyabr tarixində Oxu.az-a istinadən məlumat verir.

Belə ki, pasiyentlərə təcili tibbi yardım maşınlarında quraşdırılan kamera ilə yardım edilir. Avadanlıqlar hazırda 2 maşında yerləşdirilib. Videomüşahidə pilot layihə olaraq ilk dəfə Qubada tətbiq edilir.

“Bu imkan verir ki, xəstəxanada xəstənin profilinə uyğun olan həkim təcili yardım həkiminə anında müdaxilə etməsi üçün göstərişlər versin. Anında yardım göstərilməklə həm xəstənin həyatı qurtarılır, həm də o, ən yaxın tibb mərkəzinə çatdırılır”, – Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əlyar Sərvərov bildirib.

Bu üsul müsbət dinamika yaradacağı halda layihə respublika üzrə tətbiq ediləcək. Layihə start alandan Qubada ölüm hallarında kifayət qədər azalma müşahidə edilir.