Quba Rayon Perinatal Mərkəzində baş vermiş uşaq ölümü hadisələrinin sayı açıqlanıb. Bu barədə ShimalNews 28 sentyabr tarixində Modern.az-a istinadən məlumat verir.

Cari ilin sentyabrın 1-dək Mərkəzdə 10 uşaq ölümü qeydə alınıb. Ölənlər həddindən artıq azçəkili və riskli hamiləlikdən doğulan körpələr olub.

“Hazırda klinikada ən az çəkili uşaq 990 qramdır. Hamiləliyin 27-ci həftəsində dünyaya gəlib. Vəziyyəti orta-ağırdır. Həyatda qalması üçün həkimlər əllərindən gələni edirlər. Ümumilikdə hazırda küvəzdə vaxtından əvvəl doğulan 5 körpə var”, – Quba Rayon Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova bildirib.

Bu il ərzində mərkəzdə 1800-ə yaxın körpə dünyaya gəlib, onlardan 300-ə yaxını vaxtından əvvəl doğulub.