Quba rayonuna media-tur təşkil olunub. Bu barədə ShimalNews 28 sentyabr tarixində APA-ya istinadən məlumat verir.
Tur çərçivəsində media nümayəndələri Quba Rayon Mərkəzi Xəstəxanası, Quba Müalicə-Diaqnostika Mərkəzi və Quba Regional Perinatal Mərkəzdə olublar. İştirakçılara məlumat verilib ki, rayon ərazisində 4 Ailə Sağlamlıq Mərkəzi, 18 kənd həkim məntəqəsi və 92 kənd tibb məntəqəsi ilkin tibbi-sanitariya yardımı fəaliyyət göstərir. Bundan əlavə, rayonda şimal bölgəsinin yeganə üçüncü səviyyəli doğuşayardım müəssisəsi də mövcuddur. Burada ağır hamiləlik patologiyası olan hamilələrə ixtisaslı yardım göstərilir.
Eləcə də media işçilərinə rayonda icbari tibbi sığorta tətbiq olunmağa başlayandan sonra müraciətlərin sayının kəskin çoxaldığı bildirilib.