İsmayıllı rayonunda ağac, kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkar edilib. Bu barədə ShimalNews 28 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Aparılan araşdırma zamanı yaşıllıqların rayon sakini Rəşid İsmayılov tərəfindən kəsildiyi və təbiətə ziyan dəydiyi məlum olub. Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.