İsmayıllı rayonu ərazisində daşma təhlükəsi olan dağ çaylarının yataqları genişləndirilir. Bu barədə ShimalNews 28 sentyabr tarixində Milli.az-a istinadən məlumat verir.
Daşma təhlükəsi olan çaylar daha çox Talıstançay, Girdimançay və Gülyançay hesab edilir. Payızın gəlişi bu və digər çaylarda bir sıra fəsadlar törədir.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nın rəsmisi Dilqəm Şərifov bildirir ki, ölkəmizdə selin yarandığı 154 çay var ki, bunların 61-i daha çox təhlükə saçır. Həmin su hövzələrində də mütəmadi bəndvurma, çay yataqlarının genişləndirilməsi, su kanallarının lildən təmizlənməsi kimi işlər aparılır.