Xudat şəhər 2 saylı orta məktəb müəllim və şagird heyətinin iştirakı ilə 27 Sentyabr – Anım Gününə həsr edilmiş “Şəhidlər unudulmur” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 27 sentyabr tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzinə istinadən məlumat verir.

Tədbir Xudat H.Əliyev muzeyində baş tutub. Burada torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi anılıb. Daha sonra müəllimlər 27 sentyabr tarixinin zəfərə gedən yoldakı əhəmiyyəti haqqında məlumat veriblər.

Sonda şagirdlərin ifasında şeirlər səsləndirilib və tarixi zəfər yolumuza həsr edilmiş film izlənilib.