Şimal bölgəsində bu il üçün 8825 kubmetr oduncaq tədarük olunub. Bu barədə ShimalNews 27 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisi oduncaq tədarükünü davam etdirir.
Quba rayonu üzrə 4300 kubmetr, Qusar rayonu üzrə 2000 kubmetr, Xaçmaz rayonu üzrə 1200 kubmetr, Şabran rayonu üzrə 1062 kubmetr, Siyəzən rayonu üzrə 129 kubmetr, Xızı rayonu üzrə isə 134 kubmetr oduncaq tədarük olunub.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, odun yanacağı əldə etmək istəyənlər Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər.