Quba rayon Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdi informatika fənni üzrə fərqlənib. Bu barədə ShimalNews 27 sentyabr tarixində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevə istinadən məlumat verir.
Yeniyetmələr arasında Avropa Olimpiadası keçirilib. Quba rayon FRİTL-in 10-cu sinif şagirdi Fərid Tarıverdiyev göstərdiyi nəticələrə görə həvəsləndirici mükafata layiq görülüb.