Xaçmazda sıx istifadə olunan yol bağlıdır. Bir çox sürücülər buraya çatdıqda geri dönməli olurlar. Bu barədə ShimalNews 26 sentyabr tarixində məlumat verir.

M.K.Atatürk və Zərifə Əliyeva küçələrinin birləşməsindəki yol bağlıdır. Buradan keçən Yalama-Sumqayıt dəmir yolunda təmir işləri aparılır.

İşlər görülən ərazidə lövhə quraşdırılıb ki, 25-26 sentyabr tarixlərində yol bağlı olacaq. Sürücülərin fikirincə isə bu proses bir gədər uzun çəkə bilər.

Sürücülərin istifadə edə biləcəyi alternativ yollar aşağıdakılardır:

  • Ziya Bünyadov küçəsi ilə hərəkət edərək Qaraqurdlu kəndinin daxili yolları;
  • Köhnə Xaçmaz kəndinin daxili yolları.

    M.K.Atatürk və Zərifə Əliyeva küçələrinin birləşməsindəki yol bağlıdır
    Photo Shimal.News