Payız əkini mövsümü ilə əlaqədar olaraq, fermerlərin və təsərrüfat sahiblərinin toxuma olan tələbatını təmin etmək məqsədilə bölgələrdə səyyar xidmətlər aparılır. Bu barədə ShimalNews 26 sentyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.
Dövlət Toxum Fondu tərəfindən səyyar satış ilk olaraq İsmayıllı, Quba, Qusar, Xaçmaz, Şabran və, eləcə də Qobustan, Şəki, Qəbələ, Oğuz, Qax, Tovuz rayonlarındakı ucqar kəndlərdə başlayıb.
Səyyar satış zamanı fermerlər həm nağd öd, həm də “Fermer kartı”nı təqdim etməklə elit toxumlar əldə edə bilərlər. Həmçinin fermerlərə fond tərəfindən maarifləndirici məlumatlar paylanılır, aqronom məsləhətləri verilir.
Beləliklə, fermerlər səyyar satışla yanaşı, Dövlət Toxum Fondunun Xaçmaz rayonunda fəaliyyət göstərən toxum emalı zavodlarında da elit toxumlar əldə edə bilərlər.
Bu kimi səyyar satış xidmətinin təşkili üçün vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyin 1652 Çağrı Mərkəzinə və +994 77 299 40 40 nömrəsinə müraciət edə bilərlər.