Qusar Dövlət Ləzgi Dram Teatrı “4.4 Qısa Tamaşalar Festivalı”nda iştirak edəcək. Bu barədə ShimalNews 26 sentyabr tarixində teatra istinadən məlumat verir.

Dram Teatrı tədbirə qazax dramaturqu Murat Kolqanatın “Poni” əsəri ilə qatılacaq. Tamaşanın quruluşçu rejissoru Əliyar Əliyevdir.

Festivalda janr məhdudiyyəti yoxdur və mövzu sərbəstdir. Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək. Mükafatlar I yer üçün 5 min manat, II yer üçün 3 min manat, III yer üçün isə 1500 manat müəyyən edilib.

Festival çərçivəsində nümayiş olunacaq tamaşalarla yanaşı, treninq, seminar və panel müzakirələr təşkil olunacaq.

Qusar, Qusar Dövlət Ləzgi Dram Teatrı , 4.4 Qısa Tamaşalar Festivalı