Xaçmaz və Şabran şəhərlərində “Açıq mikrofon” aksiyası keçiriləcək. Bu barədə ShimalNews 24 sentyabr tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.

‌Növbəti həftə daha 2 rayonda aksiya baş tutacaq. Sakinlərin qazlaşdırma ilə bağlı məsələləri və təklifləri dinləniləcək.

Məkan və tarixlər aşağıda qeyd olunub:

  • Sentyabrın 26-sı, saat 11:00-dan 12:00-dək Xaçmaz rayonunda (Heydər Əliyev küçəsi, Zəfər Parkı);
  • Sentyabrın 27-si, saat 11:00-dan 12:00-dək Şabran rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı).