Quba-Xaçmaz Təhsil idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin vəzifə maaşına artım olacaq. Bu barədə ShimalNews 24 sentyabr tarixində Elm və Təhsil Nazirliyinə istinadən məlumat verir.

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq sertifikatlaşdırmadan keçən müəllimlərin əməkhaqlarına əlavələr sentyabrın sonunda veriləcək.

Bu il avqust ayının 30-da, sentyabrın 1-i və 13-də sertifikatlaşdırmanın test mərhələsi keçirilib. Müsahibədə uğur qazanan təhsilverən vəzifə maaşına 35%, müəllim isə 10% əlavə alacaq.