Sabah Qubada Anım Gününə həsr olunmuş şahmat turniri keçiriləcək. Bu barədə ShimalNews 24 sentyabr tarixində məlumat verir.

Tempo-turnir sentyabrın 25-i, saat 09:00-da Uşaq-Gənclər İdman-Şahmat məktəbində baş tutacaq. Burada yalnız Quba şahmat məktəbinin şagirdləri iştirak edəcəklər.

Sonda diplom və mükafatlar qaliblərə təqdim olunacaq.

Məkan: Quba şəhəri, Nizami Parkı.
Əlaqə nömrəsi: (023) 335-28-23.