Xaçmazda cüdo idman növü üzrə U-15 və U-18 kateqoriyalarında region birinciliyi təşkil olunacaq. Bu barədə ShimalNews 23 sentyabr tarixində Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən məlumat verir.

Beynəlxalq tələblərə uyğun təşkil olunan yarışlar 29-30 sentyabr tarixlərində Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq. Region birinciliyinin mükafatçıları Azərbaycan birinciliklərinə vəsiqə qazanacaqlar.

Yarışdan bir gün öncə ACF-nin hakimlər heyəti tərəfindən məşqçilərin hakimlik haqqında biliklərinin artırılması üçün seminarlar keçiriləcək.