Xızı və Siyəzən rayonları ərazilərində yerləşən Altıağac Milli Parkında yanğın başlayıb. Bu barədə ShimalNews 23 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Yanğın Xızı rayonu, Əngilan kəndinin biçənək sahəsindən başlayıb. Daha sonra güclü külək nəticəsində alov kəndlə sərhəd ərazidə yerləşən milli parka keçib.

Hazırda ETSN-in yerli qurumlarının, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.