Quba sakini olan qadın 27 il sonra qardaşını tapıb və gözləmədiyi hadisə ilə qarşılaşıb. Bu barədə ShimalNews 23 sentyabr tarixində ARB telekanalına istinadən məlumat verir.
Telekanalda yayımlanan “Səni axtrarıram” verilişinə Gülnaz adlı xanım müraciət edib. Uzun illərdən sonra qadının Səfər adlı qardaşı Rusiyada tapılıb. Onunla görüşmək üçün qonşu ölkəyə səfər təşkil olunub.
Bu zaman bacı ilə görüşməyə qardaşın ailəsi maneələr törədib. Lakin sonra Gülnaz arzusuna çatıb, ancaq Səfər onu yaşadığı evə buraxmayıb.
Söhbət zamanı Gülnaz qardaşından onunla Azərbaycana gəlməsini və anasının məzarını ziyarət etməsini xahiş edib. O isə burada ailəsinin, nəvəsinin olduğunu və Azərbaycana gələ bilməyəcəyini deyib. Bütün xərclərin qarşılanacağına söz verilməsinə baxmayaraq, Səfər yenə imtina edib.
Sözügedən görüntülərlə tanış olan ekspertlər Səfərin arvadından qorxaraq bu addımı atdığını bildiriblər.